Əsrin yeniliyini qarşılayın- YENİ GELANDEWAGEN MERCEDES!!!

  • By admin
  • 15 Fevral 2018 18:11

Heç buzdan hazırlanan real maşın görmüsünüz?

Əgər sizi inandırmağa çalışsaq ki, onu həm də adi avtomobil kimi idarə etmək də olur necə?

Gununsesi.info RT-yə istinadən xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərindən olan bir avtomobil həvəskarı UAZ-ın bazasında buzdan Mercedes-Benz G avtomobilini hazırlayıb.
Buz avtomobil 5 ton ağrılığındadır. Xüsusi işıqlandırma sistemi olan maşın hərəkət  də edir. Bu gözəlliyin hazırlanma prosesinə ustanın iki həftə vaxtı sərf olunub.

p.s.; qeyd edək ki, avtomobilin işlək detalları da buzdan hazırlanıb və cilalanıb.

Gununsesi.info