
Şəmkir şəhər sakininin həyətindən çətənə kolları, marixuana və çətənə toxumu aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-də Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ürəkşam Məmmədovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 57 ədəd çətənə kolu, 6 kiloqram 411,28 qram marixuana və 54,78 qram çətənə toxumu aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info









