“Əyri başlar və əllər elmdən kənarlaşdırılmalıdırlar” – ŞAHLAR ƏSGƏROV

  • By admin
  • 23 Dekabr 2020 12:10

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri professor Şahlar Əsgərov Azərbaycanda təhsil sahəsindən yeniliklərin önəmindən danışıb.

Gununsesi.org xəbər verir ki, professor bununla bağlı özünün sosial media hesabında qeydlər paylaşıb. Həmin qeydləri təqdim edirik:

 

“Erməni ən azı, 30 ildir deyir ki, bizim başımızdakı papaq onundur. Qələm (AMEA, Universitetlər, tarixçilər, ziyalılar) beynəlxalq aləmə sübut edə bilmədilər ki, p a p a q bizimdir və adın da ulu babalarım “Qarabağ” qoyub, mənası da “böyük bağ” deməkdir. Ali Baş Komandanımız deməli, bu sözün və papağın erməniyə aidiyyatı yoxdur. Qələm subut edə bilmədiyini qılınc həll etdi. Millət qarşısında alimlərimiz generallarımıza borclu qaldılar. Ortada 2783 şəhidimiz var. Allah onlara rəhmət eləsin!

Qələm sahəsinin adamı kimi, mən də rəşadətli Ordumuz qarşısında baş əyirəm. Bu səbəbdən də, “elm və təhsili dirçəltmək vacibdir” – nəticəsinə gəlirəm. Əyri başlar və əllər elmdən, təhsildən kənarlaşdırılmalıdırlar”.

Gununsesi.org