Əyyub Kərimov: “Eldar Mahmudovun oğlunun sərvətinə baxanda…”

  • By admin
  • 14 Sentyabr 2016 14:58

eldar-mahmudov-ve-oglu

Əyyub Kərimov: “Lakin maraqlıdır ki, bu vunderkindin 2004-cü ilədək adi bərbərxanası belə olmayıb”

Tanınmış hüquqşünas Əyyub Kərimov 24saat.org-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlunun sahib olduğu saysız-hesabsız əmlakla bağlı ölkə mediasında yazılanları şərh edib. Ə.Kərimov nazir oğlunun 2004-cü ildən sonra sürətlə varlanıb vunderkinddə çevrilməsi sirrinin araşdırılması zəruriliyinə toxunub:
“Mediada Eldar Mahmudovun oğlu, onun malik olduğu sərvət, biznes strukturları haqqında çoxlu sayda informasiyalar yayılır. Bu nə deməkdir? Məgər onun oğlu vunderkinddir? Əgər o həqiqətən də vunderkinddirsə, niyə onun 2004-cü ilə qədər adi bərbərxanası belə olmayıb? Necə oldu ki, 2004-cü ilə qədər heç nəyi olmayan bir insanın 2004-cü ildən sonra qəfildən çoxlu sayda biznes strukturları, obyektləri meydana çıxmağa başladı?
Hesab edirəm ki, bu məsələlərin ciddi şəkildə araşdırılmasına, bu “sirrə” aydınlıq gətirilməsinə ehtiyac var”.