Əzələ nümayişi Rusiyaya yaxşı heç nə vəd etmir - politoloq

  • By admin
  • 08 İyul 2016 17:07

manshet_2014031352

 

Varşava sammiti NATO tarixində ən əhəmiyyətli toplantılardan biridir və bəlkə də tarixə düşəcək sammitlərdən biri olacaq.

Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, çünki son dövrlərdə Rusiya ilə NATO arasındakı münasibətlər xeyli dərəcədə gərginləşib. “Rusiyanıın bəzi təhdidedici hərəkətlərindən sonra NATO Rusiayaya qarşı daha dəfedici hərəkətlərə əl atıb və buna görə də Şərq sərhəddində raketdən və hava hücumundan müdafiə sistemini möhkəmlədib. Bununla yanaşı olaraq tank və quru qoşunlarının Şərqi Aropaya yerləşdirməyə başlayıb. Demək olar ki, bu proses artıq başa çatmaq üzrədir”- deyə, politoloq vurğulayıb. Q. Hüseynli deyib ki, NATO artıq Rusiyanı Qərb hissədən mühasirəyə almağa başlayıb. “Məhz ona görə də Rusiya bir birinin ardınca təhdidedici bəyanatlar verməyə başlayıb. Hətta müharibə şüarları səsləndirir. Amma Rusiyanın bu müharivbə şüarlarının reallığa çevriləcəyinə və NATO-Rusiya qarşıdurmasının müharibə həddinə çatacağına inanmıram. Çünki bunu nə Rusiya, nə də NATO istəyir”- o, vurğulayıb. Politoloq onu da əlavə edib ki, bu gün Rusiyada bəzi qüvvələr illüziyaya qapanaraq, Amerikanı külə çevirəcəkləri barədə bəyanatlar verirlər: “Ancaq heç hərbi mütəxəssis olmayan insan bilir ki, bu gün Amerikann hərbi potensialı rusiya da daxil olmaqla dünyanın bütün ordusundan qat-qat üstündür. Sadəcə, Amerika məsələlərin hərbi qarşıdurma səviyyəsinə qaldırıraq müharibə etmək istəmir. Bu, Rusiya ilə hərbi qarşıdurma zamanı uduzacağı anlamına gəlməməlidir. Əgər belə hal baş verərsə, Rusiya elə ilk gündən uduzacağını anlayacaq. Amerika sadəcə, bunun dünyanın taleyi üçün xoşagəlməz hallara gətirib çıxaracağını nəzərə alaraq belə addımlardan yayınır. Odur ki, hərbi qarşıdurma çox az ehtimal olunan məsələdir”. Politoloq hesab edir ki, Varşava sammitindən sonra NATO-Rusiya Şurasının toplantısı keçiriləcək və orada tərəflər aralarında olan problemləri müzakirə edərək müəyyən konsensusa gələcəklər: “Dünya qorxulu məqam yaşamayacaq və Rusiya NATO , Amerika ilə əməkdaşlıq xəttini seçəcək. Bu ilk olaraq Rusiyanın xeyrinədir. Əzələ nümayişi Rusiyaya yaxşı heç nə vəd etmir. Əksinə bu əzələ nümayişində itirən Rusiyadır. Rusiya nə qədər ki, əzələ nümayişi edir, onun iqtisadiyyatı bir o qədər çökür”.

M.Bünyadlı