Ağsu rayonunun Növcü kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub.
Gununsesi.org xəbər verir ki, Fövqəladə Hallaq Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.org












