1 029 fabrik işçisində koronavirus testi müsbət çıxdı

  • By admin
  • 21 İyun 2020 10:59

Almaniyanın Gütersloh şəhərində  ət fabrikində çalışan 1 029 işçidə koronavirus aşkarlanıb.

Gununsesi.org xəbər verir ki,  Tönnies ət fabrikində yeni növ koronavirusunun (Covid-19) sınağı zamanı 1 029 işçisinin  test nəticəsinin müsbət olduğu bildirilib.  

Gütersloh qubernatoru Sven-George Adenauer mətbuat konfransında Covid-19 sınağının bu günə qədər ət fabrikindəki 3 177 işçiyə edildiyini qeyd edib. 

Bu testlərin 1 029-nun müsbət olduğunu ifadə edən Adenauer, Güterslohun Rheda-Uiedenbrück şəhərində yerləşən ölkənin ən böyük ət fabrikində çalışan təxminən 7 min işçinin sınaqdan keçiriləcəyini bildirib. 

Gununsesi.org