“1-2 aydan sonra son nəticələri təqdim edəcəyik” - AŞPA missiyasının rəhbəri

  • By admin
  • 26 Sentyabr 2016 13:10

nikolski

Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o, bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: “Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik”.

Gununsesi.info