Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2018-ci il tarixədək yığılan vəsaitin həcmi açıqlanıb.
Gununsesi.info Modern.az-a istinadən bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Fonda 91.117.673,50 AZN, 213.577,88 ABŞ dolları, 11336 avro və 5000,0 rubl vəsait daxil olub.













