1 yaşlı körpənin üzərinə qaynar su tökülüb - TOVUZDA

  • Müəllif: admin
  • 03 İyul 2017 17:45

qaynarsu

Tovuzda 1 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Vəliyeva Ayan Ramin qızının üzərinə qaynar su tökülüb. Körpə yanıq xəsarəti alıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info