10 evdə oğurluq edən həbs olundu

  • By admin
  • 27 İyul 2016 12:34

ogurluq

 

Oğurluqda şübhəli bilinən paytaxt sakini tutulub.Gununsesi.info DİNin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 10 nəfərə məxsus evlərdən məişət əşyaları, inşaat materialları və təmirtikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abdullayev tutulub.

Daha bir əməliyyat tədbiri isə Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən həyata keçirilib. İyulun 17-də oğurluq etdiyinə görə tutulmuş İlkin Paşayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Gununsesi.info