Onlarla vətəndaş yaralanıb - XİN

  • By admin
  • 20 Fevral 2018 18:00
Suriyada son hərbi toqquşmalar nəticəsində onlarla Rusiya  və MDB ölkə vətəndaşları həlak olub.
Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər nazirliyinın məlumatında bildirilir.
“Suriyaya öz istəkləri ilə müxtəlif məqsədlər üçün getmiş Rusiya vətəndaşları var. Onların getməsinin qanun çərçivəsində olub-olmamasını qiymətləndirmək Xarici işlər nazirliyinin işi deyil”-deyə, məlumatda bildirilir.
XİN bildirib ki, Suriyada  baş verən toqquşmlarda Rusiya hərbçiləri iştirak etməyib. Bununla belə XİN bütün   xəsarət almış şəxslərin evə dönməsinə yardım edib. XİN-dən o da bildirilib ki,  Suriyada yaralanan rusiyalılar oradakı tibb müəssisələrində müalicə alırlar.
Gununsesi.info