10 min fəhlə işdən azad edildi

  • By admin
  • 01 Avqust 2016 13:12

zelzele

 

İqtisadi böhran nəticəsində tikintidən azad edilən 10 mindən artıq  fəhlə hazırda aclıq təhlükəsi ilə üzləşiblər. Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, belə bir bəyanatla Hindistanın Xarici işlər naziri Suşma Svarac çıxış edib. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanında tikintidə çalışan 10 mindən artıq tikintidə çalışan hindistanlı fəhlənin işini itirməsi, onlrı aclıq təhlükəsiz ilə üz-üzə qoyub. Nazir əlavə edib ki, hindistanlı fəhlələrin işsizliynə səbəb Səudiyyə ərəbistanında yaranməş iqtisadi çətinliklər olub. Neftin qiymətinin enməsi nəticəsində ölkə iqtisadiyyatında ciddi problemləer yaranıb.

Nazir deyib ki, onların aclıqdan əziyyət çəkməməsi üçün Ciddədəki Hindistanlı icmanın yardımı ilə onlara qida yardım edilib və bu proses davam edir.

S.Svarac  onu da əlavə edib ki, Hindistan hökumət oradakı soydaşlarınn ölkəyə gətirilməsi üçün işlər görür.

Gununsesi.info