10 mindən çox tibb işçisi əlavə artımlar alıb

  • By admin
  • 06 May 2020 18:46

“Mart ayı üçün 9 483 tibb işçisi, 1 043 qeyri-tibb işçisinin əməkhaqlarına əlavələr ödənilib”.

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, bu da 6 milyon manatdan çox vəsait deməkdir:

“Bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərləri əməkhaqlarına əlavə artım məsələsini yanlış başa düşür. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb işçisi əlavə artımlar alıb”.

Gununsesi.org