10 yaşından işləməyə başlayan milyarder qadın - FOTO

  • By admin
  • 14 Sentyabr 2019 17:06

10 yaşından işləməyə başlayan Marta Stüart Amerikanın ilk qadın milyarderi adını qazanmağa nail olub.  

Marta 1941-ci il avqustun 3-də 6 uşaqlı ailədə dünyaya gəlib.

İş həyatına hələ uşaq ikən başlayıb. 10 yaşında Mikki Mentl, Yoqi Berra ve Cil Makduqald kimi məşhurların uşaqlarına baxıb.

Hətta Hatta Mikki-Merlin Mentl cütlüyünün 4 uşağının ad günü partilərini təşkil edib.


Sonradan modellik etməyə başlayan Marta 15 yaşında məşhur siqaret şirkətinin reklam üzü olub.

Universitetdə oxuduğu zaman ehtiyaclarını qarşılamaq üçün o vaxt üçün böyük məbləğ sayılan 50 dollara modellik edib.


Mətbəxlə bağlı kitablar yazaraq, bu janrda ən məşhur müəllif olur. Hazırda 300 milyon dollar sərvəti var. Martanın var-dövləti 1990-cı ildə 1 milyard dollara çatır. Amma o, 2001-ci ildə şəxsi məlumatlarını aşkara çıxardığı üçün hakim qarşısına çıxır. Buna görə də o, var-dövlətinin bir hissəsini itirib.

Media imperiyasını sıfırdan quran sabiq modelə “biznes əjdahası” da deyirlər. Həbs olunduqdan sonra milyarder statusunu cəmi bir neçə həftəyə itirir. Belə ki, onun aksiyaları 40 faizə düşür. Düzdür, o, hazırda uğurlu biznes ledidir, ancaq əvvəlki müvəffəqiyyətini əldə edə bilməyib. 

“Chanel” şirkətində modellik etdiyi zaman vəkil Endryu Stüart ilə tanış olub evlənib. Cütlüyün Aleksis adlı oğlu var.  

Gununsesi.org