100-dən çox insanın həyatını itirdiyi binaların podratçısı həbs edildi

  • By admin
  • 23 Fevral 2023 20:55

Adıyaman vilayətində çox sayda insanın həyatını itirdiyi binaların podratçısı Yasin Akbaş həbs edilib.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, şübhəli haqda Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.

Adıyamanda 3 obyektin podratçısı İstanbulda tutularaq saxlanılıb.

Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmada nəzarətə alınan şübhəli, gətirildiyi məhkəmə tərəfindən tutularaq təcridxanaya təhvil verilib.

Gununsesi.info