ATƏT Dağlıq Qarabağı müzakirə edəcək

  • By admin
  • 28 İyun 2016 11:45

ATET

 

Bu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq.

 

Gununsesi.info xəbər verir ki, üç günlük konfransın xüsusi sessiyası ATƏT məkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək.

 

Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.

 

Ukrayna münaqişəsinə dair ayrıca iclas keçirilməsi planlaşdırılır.