Nepalda daşqının ağır nəticələri: 910 nəfər itkin düşdü

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 21:53

Nepalda baş verən güclü daşqın nəticəsində 910 nəfər itkin düşmüş hesab olunur, 1 500-ə yaxın insan isə xilas edilib.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, müvafiq göstəriciləri ölkənin Risklərin Azaldılması və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi açıqlayıb.

“İtkin düşənlər arasında 28 polis əməkdaşı, 57 hərbi qulluqçu və 517 əcnəbi turist var. 73 nəfər xəsarət alıb”, – deyə idarədən bildirilib.

Xilasetmə əməliyyatlarına 17 295 nəfər cəlb olunub.

Gununsesi.info