Fransada iğtişaşlara görə komendant saatı tətbiq ediləcək

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 20:51

Fransada oktyabrın 17-də baş verən kütləvi iğtişaşlar və talanlardan sonra ölkənin bəzi ərazilərində komendant saatının tətbiqinə qərar verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyen Lekornü açıqlama verib.

Baş nazir bildirib ki, prefektlərə oktyabrın 20-nə keçən gecə ayrı-ayrı rayonlarda komendant saatının tətbiqi ilə bağlı göstəriş verilib.

Onun sözlərinə görə, məhdudiyyətlər bütün ölkəni əhatə etməyəcək və yalnız təhlükəsizlik baxımından zəruri hesab edilən ərazilərdə qüvvəyə minəcək.

Lekornü qeyd edib ki, əsas məqsəd vətəndaşların və təşkilatların əmlakını qorumaq, yeni talanların qarşısını almaqdır.

Baş nazir Parisdə də komendant saatının bütün şəhər üzrə tətbiq edilməyəcəyini vurğulayıb.

Məhdudiyyətlərin qüvvədə olacağı ərazilərin və ünvanların siyahısının günün sonunadək açıqlanacağı bildirilib.

Gununsesi.info