11 apreldə xalq yenidən İlham Əliyevə etimad göstərəcək  - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 08 Fevral 2018 18:12

YAP-ın namizədi təkcə partiyanın deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin namizədidir.

Bunu Gununsesi.info-ya millət vəkili Məlahət İbrahimqızı YAP-ın 6-cı qrultayının yekunlarını şərh edərkən deyib.

O qeyd edib ki, bu gün YAP-ın 6-cı qurultayı keçirildi və qrultayda Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı partiyanın namizədi irəli sürülərək, bu barədə qərar qəbul edildi: “Qurultay yekdilliklə ölkə başçısı İlham Əliyevi növbəti prezident seçkilərində partiyanın namizədi kimi təsdiqlədi. Hesab edirəm ki, İlham Əliyev təkcə YAP-ın deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin namizədidir. Çünki bu gün YAP-ın yeddi yüz min üzvü var və bu, elə 700 min ailə deməkdir. Bunların ailə üzvləri, yaxınları var. Bundan əlavə, İlham Əliyevin yürütdüyü siyasət cəmiyyət tərəfindən  yüksək qiymətləndirilir və onun siyasəti dəstəkləndiyindən deyə bilərik ki, prezident İlham Əliyev YAP-ın deyil, Azərbaycan cəmiyyətinin namizədidir”.

M.İbrahimqızı əlavə edib ki, istər prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, onun Azərbaycan cəmiyyəti üçün uğurlu siyasi lider olması, istərsə də ölkəmizin dinamik inkişafı yolunda gördüyü işlər  onu Azərbaycanda əvəzedilməz siyasi lider kimi təsdiqləyib: “Bu gün Azərbaycan cəmiyyətində prezident İlham Əliyevə rəqib tapılacaq ikinci şəxs yoxdur. O baxımdan da əminliklə qeyd edə bilərəm ki, Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyinin irəli sürülməsini səbrsizliklə gözləyirdi. Bütün bu deyilən arqumentlər 11 apreldə xalqın yenidən İlham Əliyevə etimad göstərərək prezident seçəcəyini deməyə əsas verir. Xalq özünün və dövlətin gələcək taleyini ona etibar edəcək. Xalq yaxşı bilir ki, Azərbaycan cəmiyyəti ancaq İlham Əliyevin yürütdüyü siyasət nəticəsində uğurlar əldə edə biləcək”.

Mürtəza

Gununsesi.info