11-ci sinif şagirdi 10-cu sinif şagirdini məktəbin həyətində bıçaqladı

  • By admin
  • 31 Oktyabr 2016 22:26

bicaq

Şəmkirdə bıçaqlanma olub.

Gununsesi.info APA-nın qərb bürosuna istinadən  məlumat verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənd sakini 2000-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ceyhun Məmmədov oxuduğu məktəbin qarşısında həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən 16 yaşlı məktəblinin vəziyyətinin ağır qiymətləndirilir.

Cinayəti törədən məktəblinin saxlanılması istiqamətində əməliyat tədbirləri həyata keçirilir.

Gununsesi.info