111 illik Türk boylarının görüntüləri ilk dəfə üzə çıxdı – Maraqlı FOTOlar

  • By admin
  • 31 Oktyabr 2023 12:57

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Sammiti keçiriləcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatının liderlər zirvəsinə az qalmış Türk inteqrasiyasının çətir təşkilatı Dövlət Arxivləri Komitəsi tərəfindən hazırlanmış türk dünyasındakı həyatdan bəhs edən albom işıq üzü görüb.

Komitə tərəfindən diqqətlə qorunan albom Sibirdən Krıma qədər geniş bir coğrafiyada yaşayan müxtəlif türk boylarının gündəlik həyatlarını ortaya qoyur.

1912-1913-cü illərdə çəkilmiş fotoşəkillərdən ibarət albomun keçmiş SSRİ dövründə Türkiyə Cümhuriyyətinə hədiyyə edildiyi öyrənilib.

Albomda geniş coğrafiyada yaşayan sayan-altaylar, karakaslar, tuvalılar, altaylar, yakutlar, qazaxlar, qırğızlar, özbəklər, türkmənlər, Azərbaycan türkləri, qaraçaylar, qumuqlar, Krım tatarları, başkurtlar, çuvaşlar, Kazan tatarları kimi türklər yer alır.

Dövrün türk boylarının sosial-mədəni quruluşu, inancları, təsərrüfat fəaliyyətləri və gündəlik həyatlarını əks etdirən kadrlar var.

Gununsesi.info