Mərkəzi Bank 353,5 milyon manat cəlb edib

  • Müəllif: admin
  • 10 Aprel 2017 12:50

merkezi bank

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Bankdan Gununsesi.info-ya bildiriblər ki, aprelin 10-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 353,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58 faiz təşkil edib.

Gununsesi.info