12 nəfərin həyatına son qoyan yanğının səbəbi açıqlanıb

  • By admin
  • 29 Dekabr 2017 22:25

Nyu-Yorkdun Bronks rayonunda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, şəhərin meri Bill de Blazio bildirib ki, yanğına səbəb uşağın qaz plitəsi ilə oynaması olub: “Hazırda, biz, təəssüf ki, hesab edirik ki, yanğına səbəb binanın birinci mərtəbəsində azyaşlı uşağın qaz plitəsi ilə ehtiyyatsız oynaması olub”.

Qeyd edək ki, ötən gün Nyu-Yorkda yerli vaxtla saat 19:00-da Bronks rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 12 nəfər həlak olub.

Gununsesi.info