14 dövlət təşkilatı ilə əlaqə qurmuşuq –  Aydın Əliyev

  • By admin
  • 19 Yanvar 2018 11:42


Qida Təhlükəsizliyi Agentliyi ilə gömrük orqanlarının funksiyaları üst-üstə düşmür.

Gununsesi.info xəbər ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qurum arasında səlahiyyət bölgüləri ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

A.Əliyev bildirib ki, qida məhsullarına nəzarətdə bəzi funksiyaların Qida Təhlükəsizliyi Agentliyinə verilməsi normal haldır:

“Qida və yeyinti məhsulları üzərində bir sıra dövlət qurumları nəzarət həyata keçirir. Bəzi qurumların bir sıra səlahiyyətlərinin Qida Təhülkəsizliyi Agentliyinə verilməsi normaldır. Burada əsas məsələ, yaxın vaxtlarda Fitosanitar və Sanitar Karantin Müfəttişliyinin hansı səlahiyyətlərinin Qida Təhlükəsizliyi Agentliyinə verilməsidir. Bu gün 14 dövlət təşkilatı ilə əlaqələri qurmuşuq, elekron qaydada işlər həyata keçiririk. Təşkilati işlər başa çatana qədər gömrük oqranlarında həmin təşkilatların fəaliyyətinə şərait yaradacağıq”.

Gununsesi.info