1,4 milyon uşaq acından ölə bilər

  • By admin
  • 29 Mart 2017 07:55

usaq acindan

Nigeriya, Somali, Cənubi Sudanda və Yəməndə 1,4 milyon uşaq acından ölə bilər.

Gununsesi.info istipress-ə istinadən xəbər verir ki, bununla bağlı UNİCEF-in rəsmi səhifəsində məlumat yayılıb. Məlumatda qeyd edilir ki, bu dörd ölkədə aclıq müharibə, münaqişə və quraqlıq səbəbi ilə  22 milyon uşaq əziyyət çəkir, məkrtəbə gedə bilmirlər.

BMT-nin hesablamalarına görə, növbəti üç ay ərzində bu uşaqlara müvafiq qayğı göstərilməsi üçün 255 milyon dollar pul ayrılmalıdır.

YUNİSEF keçmişdə baş vermiş dərsi xatırladıb: – 2011-ci ildə, Somalidə rəsmən aclıq elan ediləndə xeyli sayda uşaq acından öldü. Uşaq Fondundan vurğulanıb ki, beynəlxalq ictimaiyyət belə vəziyyətin təkrarlanmasına yol verməməlidir.

Gununsesi.info