XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

16 Yanvar 2018 - 20:41

15 gündə 11 nəfər qəzalarda dünyasını dəyişib


İlin əvvəlindən bu vaxta qədər Bakı şəhər ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, nəticədə 11 nəfər həlak olub, 26 nəfər müxtəlif bədən xəsarəti alıb

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisənin azalması, 2 ölüm faktının azalması eyni zamanda 9 xəsarat sayının aşağı düşməsi deməkdir.

V.Əsədov bildirib ki, hadisələrin 30 faizi sürət həddinin aşılması, 62 faiz isə piyadaların vurulmasıdır. Bu il ölümlə nəticələnən yol nəqliyyat hadisələrin 9-da piyada vurma halları qeydə alınıb ki, nəticədə 6 piyada həlak olub.

 

Gununsesi.info