15 yaşlı qızı maşın vurdu

  • By admin
  • 15 Noyabr 2017 08:00

Noyabrın 17-də axşam saatlarında Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub. 

Gununsesi.info xəbər verir ki, yol qəzası Elşən Mehdiyev və Yavər Əliyev küçələrini birləşdirən dairənin yaxınlığında qeydə alınıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızı həmin ünvanda yolu keçən zaman yanında ailə üzvləri də olub. Ancaq yağışlı hava səbəbindən sürücü yeniyetmə qızı görməyib və onu vurub. V.Məmmədova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun ayağının sındığı müəyyən olunub.

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.

Gununsesi.info