16 yaşlı oğlan dərmandan zəhərlənib

  • Müəllif: admin
  • 18 Dekabr 2017 13:36

Tovuz sakini dərmandan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü S.B. dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, psixi xəstəlikdən əziyyət çəkən 16 yaşlı oğlan dərman içərək zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info