17 yaşlı futbolçu İbrahimoviçi geridə qoydu

  • By admin
  • 24 Yanvar 2017 21:16

q

 

İsveç millisinin gənc futbolçusu Aleksandr İsak ölkəsində transfer rekordunu qırıb.

Qol.az-ın xəbərinə görə,  9,5 milyon avroya AİK-dən Dortmund “Borussiya”sına satılan 17 yaşlı hücumçu  ölkə xaricinə transfer olunan ən bahalı futbolçu olub.

Buna qədər isə ən bahlı futbolçu Zlatan İbarhimoviç olub. O, 2001-ci ildə “Malmö”dən “Ayaks”a 8,7 milyon avro qarşılığında keçib.

Qeyd edək ki, Madrid “Real”ının da transfer gündəmində olan gənc futbolçu AİK-in heyətində cari mövsüm 24 oyuna 10 qol vurub.

Gununsesi.info