18 yaşına çatmamış qızlarla evlilik qadağan olunur: TƏCAVÜZ SAYILACAQ

  • By admin
  • 12 Oktyabr 2017 14:18

35511_src

Hindistanın yeni qəbul olunmuş qanunlarına görə, 18 yaşına çatmamış qızlarla ailə qurmaq təcavüzə bərabər cinayət hesab olunacaq.

Gununsesi.info xarici mətbuata istinadən məlumat verir ki, ölkədə 23 milyondan artıq qadın 18 yaşından balacadır. Hindistan Ali Məhkəməsinin qərarı ilə 18 yaşından balaca qızlarla ailə qurmaq, cinsi əlaqədə olmaq cinayət hesab edilir.

Xatırladaq ki, Hindistanda rəsmi məlumatlara görə, 18-29 yaş arası qadınların 46%-i 18 yaşından tez ailə quranlardır.

Gununsesi.info