18 yaşlı futbolçu ad günündə güllələndi

  • By admin
  • 24 Aprel 2022 09:50

Yamaykanın “U-19” yığmasının hücumçusu Omar Leinq paytaxt Kinqstonda öldürülüb.

Gununsesi.info xəbər verir ki, 18 yaşlı idmançı yoldan keçən avtomobildən atəşə tutulub. O, ölümcül yaralanıb.

Məlumata görə, həmin gün futbolçu ad gününü qeyd edirmiş.

Leinq Yamaykanın Premyer Liqa klubu olan “Cavalier”də debüt edib. O, həmçinin Seynt Endryuda orta məktəbdə ən yaxşı snayper olub.

Gununsesi.info