Belçika yığması 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib

  • By admin
  • 04 Sentyabr 2017 08:20

0a8a3e31-c5a6-4ffe-965c-9cc10c04c07f

Futbol üzrə Belçika yığması Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib. 

Gununsesi.info-nun məlumatına görə,  belçikalılar DÇ-2018-ə vəsiqəni seçmə mərhələsinin UEFA zonasında 8-ci turunun oyununda Yunanıstan üzərində 2:1 hesablı qələbədən sonra təmin ediblər.

Qələbə sayəsində Belçika millisi xallarının sayını 22-yə çatdıraraq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

“H” qrupunda birinci yerdə qərarlaşan Belçika DÇ-2018-də iştirak edəcək altıncı ölkə olub. Belçikadan əlavə, mundialda iştirakı Braziliya, İran, Yaponiya, Meksika və “mundial”ın sahibi Rusiya təmin edib.

Qeyd edək ki, DÇ-2018 iyun 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.

Gununsesi.info