1841 şikayət araşdırılıb - Nazirlik belə iddia edir

  • By admin
  • 03 Avqust 2016 11:22

eko

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ilə əlaqədar bu ilin altı ayı ərzində 1980 şikayət daxil olub. Şikayətlərdən 1841-i nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Gununsesi.info-nun məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən xəbər verilib. Məlumatda bildirilir ki, şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsi, məişət tullantılarının qalaqlanması, səs-küyün normanı keçməsi, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

Xatırladaq ki, ETSN-in “Qaynar xətt”i 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələri təmin etmək məqsədilə fəaliyyət göstərir.

Gununsesi.info