19 il axtarışda olan şəxs Bakıda TUTULDU

  • By admin
  • 16 Avqust 2021 17:15

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat həyata keçirib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən və 19 il ərzində axtarışda olan Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakı şəhəri ərazisində aşkar olunaraq saxlanılıb.