193 çoxmərtəbəli bina təbii qazla təmin edilib

  • By admin
  • 05 İyul 2016 10:33

qaz

 

“Azəriqaz” İstehsalat Birliyi (İB) yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 193 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 7 min 214 ailə yaşayır. Bu barədə Gununsesi.info-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, “Azəriqaz” İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

 

Gülnaz Qənbərli