1998-ci ilin 12 sentyabrı - Qaçıb gizlənən nazirlər, mitinqçi adı ilə döyülən məmur övlad(lar)ı, sonradan "haqq yolu"na qayıdanlar...

  • By admin
  • 12 Sentyabr 2016 21:43

p-14

1998-ci ilin 12 sentyabrı …

Həmin gün ölkədə az qala növbəti inqilab-çevriliş baş verəcəkdi…1993-cü ilin iyunundan bu yana müxalifətin 3-5 ən güclü aksiyasından biri və bəlkə də birincisi idi…

O vaxt tanınmış və ədası yeri-göyü dağıdan (hətta, YAP-çıların bir çoxunun da xoşuna gəlməyən, eləcə də çox YAP-çılara çörək verən, vəzifəyə qoyan) keçmiş nazirlərdən birinin köməkçisi-indi “məşhuri-cahan” yazardır – tələbə yoldaşı olan iş yoldaşlarımızdan-“525-çi”lərdən birinə demişdi ki, həmin gün nazirlərin-dövlət rəsmilərinin, PA-dakıların çoxu qorxusundan qaçıb gizlənibmiş. İş o yerəcən catıbmış ki, birinci şəxs çoxlarına zəng edib yerində belə tapa bilmirmiş (sonradan çoxlarının da yaxşıca “dərsini” veribmiş)…

Amma müxalifətin “mənəm-mənəmliyi”, bir-birinə güzəştə getməməsi, reallığı dəyərləndirə bilməməsi, eyn zamanda, Böyük Siyasət ustası mərhum Heydər Əliyevin növbəti siyasi ustalığı-vəziyyəti öz xeyrinə dəyişə bilmək bacarığı səbəbindən müxalifət öz məqsədinə nail oa bilmədi, aksiya gecəyə yaxın yatırıldı…

Hətta, o vaxt çox nüfuzlu baş nazirin müavinlərindən birinin oğlu (oğlanları) da  həmin gün mitinqçi adı ilə döyülmüşdü…Həmin baş nazirin müavini də gedib oğlunu (oglanlarını) bilmədən döyən polis polkovnik-leytenantını qəşəngcə iş başında çırpmışdı…

Ən maraqlısı və bəlkə də gülməlisi odur ki, həmin vaxt millətə və müxalifətə qarşı ən aqressiv, ən amansız davrananlar indi ən “radikal” müxalifətçilər, hakimiyyətə asi olanlar, “çörək itirən”lərdir…


Son 28 illə bağlı çoxlarının bilmədiyi və yaxud, bilib də unutduğu çox olaylar-xatirələr var, yaxşı pul, uzun zaman və normal səhhət olsaydı, nələr yazmaq olmazdı, nələr- özü də kitab şəklində…

kamillllllllllllllllllllll

Kamil Həmzəoğlu

Gununsesi.info