
Respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində 184 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir.
Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunmuşdur: “Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır”.
Gununsesi.info










