2 maşın toqquşdu – 

  • By admin
  • 30 Dekabr 2016 23:24

12321140_1245261735503492_3330528261865140806_n-558

 

Ağcabədidə 3 nəfərin xəsarət almasına səbəb olan yol-qəzası baş verib.

Gununsesi.info-nun xəbərinə görə, rayonun Hindarx qəsəbəsində VAZ 2106 və VAZ 21099 markalı maşınların toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Süleymanov Rəvan Səxavət oğlu, onun həmyaşıdı Qurbanlı Nəsimi Eldəniz oğlu və hələ ki, şəxsiyyəti müəyyən olunmayan şəxs Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən xəbərə görə, yaralıların vəziyyəti orta- ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

 

Gununsesi.info