Sürücülərə şad xəbər: ““20 Yanvar” dairəsində təmir işləri bitib” - FOTOLAR

  • By admin
  • 08 Sentyabr 2016 11:34

20-yanvar

Bakının “Moskva” prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Gununsesi.info-ya “Azəravtoyol” ASC-dən verilən məlumata görə, artıq həmin ərazidə həərəkətin məhdudlaşdırılması aradan qaldırılaraq, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Məlumatda bildirilir ki,  sözgedən ərazidə işlər Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib və ərazi “20 Yanvar dairəsi”nə doğru genişləndirilib.

Genişləndirilmədə məqsəd Sumqayıt və Bakının şimal istiqamətindən şəhərə daxil olan nəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti sözügedən ərazidə nəqliyyat axınının yüksək olması nəzərə alınaraq qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

“Azəravtoyol” ASC bundan sonra da nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlərini davam etdirəcək.

yol

 

yol1

Gülnaz Qənbərli

Gununsesi.info