İran Silahlı Qüvvələri Vaşinqtonun atəşkəsi pozduğunu iddia etdikdən sonra Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində 200-dən çox amerikalı hərbçinin öldürüldüyünü açıqlayıb.
Gununsesi.info Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi məlumat verib.
Onun sözlərinə görə, “Qələbə-2” cavab əməliyyatı çərçivəsində həlak olan ABŞ hərbçilərinin sayı 200-ü keçib, yaralananların sayı isə bundan xeyli çoxdur.
Möhəbi həmçinin ABŞ rəsmilərinin açıqladığı itki statistikasının həqiqəti əks etdirmədiyini iddia edib. O, Vaşinqtonu daha əvvəl İranın hücumuna məruz qalmış Amerika hərbi bazalarına jurnalistlərin səfərinə şərait yaratmağa çağırıb.











