“2020-ci ilin noyabrından 300-dən çox azərbaycanlı mina qurbanı olub” - Hikmət Hacıyev

  • By admin
  • 14 Avqust 2023 21:32

“Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter sosial şəbəkəsində yazıb.

O bildirib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.

“Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir”, – deyə H.Hacıyev vurğulayıb.

Gununsesi.info