2025-ci ilin 8 ayında 265 blok qatar qəbul edilib

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2025 14:05

“AZCON Holding” şirkətlərindən olan ADY tərəfindən 2025-ci ilin 8 ayında 265 blok qatar qəbul edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bu, keçən ilin müvafiq dövrünün göstəricisindən 58% çoxdur. Analoji dövrdə bu qatarlarla 28 261 TEU konteyner yük daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67% artım qeydə alınıb.

 

Gununsesi.info