“21 Azər” hərəkatı yad ediləcək  

  • Müəllif: admin
  • 12 Dekabr 2016 13:23

 

25a

Dekabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Bakıya mühacir etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi açılacaq.

Bu haqda Gununsesi.info-ya muzeydən  məlumat verilib. Tədbirdə 12 dekabr 1945-ci ildə xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış Güney Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümündən söhbət açılacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəms, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, şair Söhrab Tahirin qızı Nəsibə Tahir, ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadə və başqalarının çıxışları nəzərdə tutulub.

Gülnaz Qənbərli

Gununsesi.info