Türkiyədə zəlzələ baş verib

  • By admin
  • 23 Noyabr 2017 08:20

Türkiyənin qərbində 4,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İzmir şəhərindən 191 cənub-şərqdə, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gununsesi.info