22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi

  • Müəllif: admin
  • 18 Avqust 2017 16:34

babayev_180817

Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb.

Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.

Həmin qərar əsasında da İnterpol Q.Babayevi axtarışa verib.