22 yaşlı qadın ölkəyə çamadanda girmək istədi - FOTOLAR

  • By admin
  • 06 Dekabr 2017 17:12

Türkiyənin Sarp gömrük məntəqəsində gömrük işçiləri qeyri-adi hadisə ilə rastlaşıblar.

Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, ölkəyə qeyri-qanuni yolla keçmək istəyən 22 yaşlı Gürcüstan vətəndaşı olan xanım saxlanılıb.

Gömrük məntəqəsində Türkiyəyə keçərkən böyük çamadan aparan şəxsin özünü şübhəli aparması gömrükçülərin diqqətindən yayınmayıb. Gömrükçülər adı çəkilməyən şəxsin yükünü yoxlamaq qərarına gəlib. Yoxlama zamanı çamadanda 22 yaşlı Gürcüstan vətəndaşı olan T.L yuxulu vəziyyətdə aşakar edilib.

Yoxlama zamanı həmin qadının Türkiyəyə giriş qadağasının olduğu bəlli olub. Türkiyəyə qanunsuz girmək istəyən xanım hüquq-mühafizə orqanlarına təslim edilib.

Gununsesi.info