23 yaşlı oğlan günvurma nəticəsində öldü - GÖYGÖLDƏ

  • By admin
  • 31 İyul 2017 23:56

ambulance_tecili_tibbi8

Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.

Gununsesi.info