25 yaşlı oğlan 12 yerindən bıçaq zərbəsi alıb

  • By admin
  • 16 Dekabr 2017 09:20

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu “Abşeron” gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib.
Bu zamanı oğlana 12 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info