2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı

  • By admin
  • 21 Sentyabr 2019 22:59
Yeni Zelandiyadan Avstraliyanın Viktoriya ştatına qədər tam 2 min 500 kilometr üzən bir pinqvin əldən düşmüş halda tapılıb. 
Gununsesi.org xəbər verir ki, bir ay “Melburn” zooparkında müalicə olunan “Fiordland” növü pinqvin evinə qayıtması üçün təkrar dənizə buraxılıb.
Zoopark vəzifəliləri tərəfindən edilən açıqlamaya görə, Yeni Zelandiyaya məxsus pinqvin Avstraliyanın Viktoriya bölgəsindəki bir çayda əldən düşmüş halda tapılıb.
Bundan sonra müalicə mərkəzinə aparılan pinqivin üzgüçülük və suda ovlanma bacarıqlarını yenidən qazana bilməsi üçün Filip Adası Milli Parkına göndərilib.
Gununsesi.org